Roxas “Sabah”ı tərk edəcək

“Sabah”ın hücumçusu Rocer Roxas klubdan ayrılacaq. Newsport.az xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı məlumat yayıb. 
 
Bildirilir ki, forvard “Deportes Tolimo” klubuna keçməyə yaxındır. Baş məşqçi Ernan Torres də onun xidmətində maraqlıdır. Rocerin icarə əsasında bu kluba keçəcəyi bildirilir. 
 
Qeyd edək ki, honduraslı hücumçu bu ilin yayında “Sabah”a keçib. O, Bakı klubunun heyətində cəmi 5 oyunda meydana çıxıb. 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right