AFFA-dan "Bakı"ya şok cəza: 20 oyun və 20 min manat

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Newsport.az-ın məlumatına görə, İK ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları və Premyer Liqanın XXVI çərçivəsində qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
 
AZAL  – “Neftçi”  və "Simurq" - "Qəbələ" matçlarında qonaq komandaların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub ümumilikdə 2000 manat cərimə olunub.
 
Premyer Liqanın XXVI turunun "Bakı" – "Simurq" matçında "zolaqlılar"ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Bundan başqa, oyunun fasiləsi zamanı "Bakı"nın məşqçisi Muarem Zekir hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona girişinə qadağa qoyulub, klub 20 000 manat cərimə olunub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right