İntizam Komitəsinin bugünkü iclasında əvəzedici heyətlərinin çempionatında XXVI turun oyunları da müzakirə olunub.
Newsport.az-ın məlumatına görə, "İnter" – "Qəbələ" matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
"Bakı" – "Simurq" matçında da eyni hal baş verdiyindən, Zaqatala klubu 500 manat cərimə ödəyəcək. Bundan başqa, oyunun 78-ci dəqiqəsində "Bakı"nın futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.