Azərbaycan çempionatının ilk rumıniyalısı

Adrian Skarlatake “Zirə”də qol hesabını açıb. Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rumıniyalı müdafiəçi qəsəbə təmsilçisinin heyətində ilk dəfə rəqib qapısına yol tapıb.

Bu, Azərbaycan Premyer Liqasının XIV turunun “Səbail”lə matçına təsadüf edib. 4:1 hesablı qələbəyə bir topla töhfə verən arxa xətt oyunçusu “Zirə”nin heyətində Premyer Liqada qol sevinci yaşayan 40-cı futbolçu olub. Adrian “qartallar”ın formasında 27-ci çempionat qarşılaşmasında fərqlənib. 2019-cu ilin son çempionat görüşədək 39 oyunçu bunu bacarmışdı. Skarlatake bu 40 futbolçunun yer aldığı siyahıda 22-ci legioneri və ilk rumıniyalı oyunçusudu.

Qeyd edək ki, bu 40 oyunçudan başqa daha 5 rəqib futbolçusu avtoqol müəllifi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right