Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunda II qrupun növbəti oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi də bu gün qrupda ikinci matçına çıxıb.
Mirbağır İsayevin komandası Portuqaliya yığması ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, qrupun ilk oyununda Xorvatiya ilə üz-üzə gələn yığmamız 0:4 hesabı ilə uduzub. Portuqaliya isə ilk görüşdə Serbiya ilə qolsuz heç-heçə edib.
19 mart
Avropa çempionatının elit-raundu
II qrup
16:30. Azərbaycan - Portuqaliya - 0:3
Qollar: Joze Qomeş, 13 (0:1), 18 (0:2), Kassama, 36 (0:3)
Bakı. “Bakcell Arena”
Serbiya - Xorvatiya - 0:3
|
1.
|
Xorvatiya
|
2
|
2
|
0
|
0
|
7:0
|
6
|
|
2.
|
Portuqaliya
|
2
|
1
|
1
|
0
|
3:0
|
4
|
|
3.
|
Serbiya
|
2
|
0
|
1
|
1
|
0:3
|
1
|
|
4.
|
Azərbaycan
|
2
|
0
|
0
|
2
|
0:7
|
0
|