"Səbail"in qapıçısı borcunu ala bilmir: Klub iflasa doğru gedir

"Səbail"in qapıçısı Aleksandr Rıbka sabiq komandası "Karabükspor"a məhkəmədə qalib gəlib. Newsport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, bunu qolkiper özü deyib.

Ukrayna millisinin sabiq üzvü 2017-18 mövsümündə formasını geyindiyi Türkiyə klubunun ona olan borcunu ödəmədiyini söyləyib: "Karabükspor"dan ayrılmağımın üstündən uzun müddət keçib. Onların hələ də mənə külli miqdarda borcları var. Məhkəmə prosesi artıq başa çatıb. Lehimə qərar verildi və "Karabükspor" mənə müəyyən məbləğdə təzminat ödəməlidi".

32 yaşlı qapıçı aşağı liqa təmsilçisindən borcunu alacağına əmin deyil: "Pulu ödəyib-ödəməyəcəklərini bilmirəm. Klub hələ mövcuddu, ancaq təcrübə göstərir ki, iflasa doğru gedir. Buna görə də, ödəməyə ümidim azdı".

Qeyd edək ki, Aleksandr Rıbka bu ildən "Səbail"in formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right