Azərbaycan kubokunun 1/8 final mərhələsinin 4 oyununu 680 azarkeş izləyib.
Newsport.az xəbər verir ki, hər görüşə orta hesabla 170 azarkeş düşür. Nisbətən maraq doğuran qarşılaşma - "Sumqayıt" - "Zaqatala" matçı olub - 450 nəfər.
"Keşlə" - "Kəpəz" və "Zirə" - "Qaradağ Lökbatan" oyunlarını 100 nəfər izləyib. Masazırda keçirilən "Sabah" - "Ağsu" matçında cəmi 30 azarkeş olub.