"Biz meydanda taktiki cəhətdən ağıllı oynadıq"-Ruslan Abışov

"Matçın çətin keçəcəyini əvvəlcədən bilirdik. “İnter” evdə yaxşı oynayan komandadır və  onlar çempionluq uğrunda mübarizə aparırlar. Buna baxmayaraq, biz meydanda taktiki cəhətdən ağıllı oynadıq. Qarşılaşma ərzidə rəqibə heç bir şans vermədik".

Bu sözləri Newsport.az-a "Qəbələ"nin kapitanı Ruslan Abışov Azərbaycan Premyer Liqasının 26-cı turunda "İnter"ə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

"Layiq olduğumuz qələbəni qazandıq. Ani diqqətsizlikdən qol buraxdıq. Əsas olan meydandan qalib gəlib 3 xalı qazanmaq idi,bunu da bacardıq. Bu qələbə  qarşıdan gələn AZAL-la oyunun hazırlıqları üçün bizə əlavə stimul verdi" - deyə o bildirib .

"İnter"lə matçda komandasının qollarından birinin müəllifi olan R.Abışov onu da deyib ki, hər oyuna qələbə üçün çıxırlar:

"Məqsədimiz hər qarşılaşmada yaxşı nəticə qazanmaqdır. Rəqiblərimizin xal itirməsi və ya onlardan xal almağımız bizə əlavə üstünlük verir. Qarşıda çətin oyunlarımız var. Sona kimi mübarizə aparmalıyıq ki, ən azından Avropa Liqasına vəsiqə qazanaq"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right