"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.
Newsport.az-ın məlumatına görə, gürcü mütəxəssis qarşılaşma haqda bunları deyib:
“Qələbə münasibəti ilə “Qəbələ”ni təbrik edirəm. Düşünürəm ki, çox maraqlı, dinamik bir oyun alındı. Bəxti gətirən komanda qalib gəldi”.