Paraqvayda keçirilən çimərlik futbolu üzrə dünya çempionatının qalibi bəlli olub.
Newsport.az xəbər verir ki, həlledici oyunda Portuqaliya və İtaliya yığmaları qarşılaşıb. Azərbaycanlı FİFA referisi İnqilab Məmmədovun 3-cü hakim olduğu görüşdə portuqallar 6:4 hesabıyla qalib gələrək, dünya çempionu olublar.