"Qarabağ"a həyəcan yaşada bildik" - Aqil Məmmədov

“Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Mən nəticədən danışmayacağam. Sadəcə, deyim ki, bu oyundan sonra gedib bir qədər dincəlmək olar". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqanın 26-cı turunda "Qarabağ"a uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

Q.Məmmədov məğlubiyyətə baxmayaraq komandasının "Qarabağ"a həyəcan yaşatdığını bildirib: "Çoxdandır ki, biz belə oyun sərgiləmirdik. Hesab edirəm ki, Azərbaycanın ən güclü komandasına qarşı yaxşı oynadıq. İki dəqiqəlik də olsa, “Qarabağ”a həyəcan yaşada bildik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right