“AZAL bu gün bizdən istəkli idi. Rəqib bizi üstələdi. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Premyer Liqanın 26-cı turunda "AZAL"a uduzduqları oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.
E.Məmmədov komandasının son iki oyunda zəif təsir bağışladığını bildirib: "Biz isə ardıcıl iki oyunda zəif təsir bağışlayırıq. Bütün bunlardan nəticə çıxarmalıyıq. Bəzi gənc oyunçular artıq hesab edirlər ki, əsas heyət üzvləridir. Amma vəziyyət belə deyil”.(pfl.az)