Çixradze qələbəni şərh etdi

"Erkən qol vurduq. Bunun oyuna təsiri oldu. İlk hissədə 2-ci qolu vurmağı da bacardıq". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Simurq"un baş məşqçisi George Çixradze Premyer Liqanın 26-cı turunda "Bakı"ya qalib gəldikləri oyundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib. 

Gürcüstanlı mütəxəssis komandasının bu oyunda çox vacib üç xal qazandığını bildirib: "Oyuna 2 hücumçu ilə çıxmışdıq. Yəni planımız qol vurmaq idi. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Millinin oyunları ilə əlaqədar olaraq, fasilə yaranacaq. Biz 2-3 gün istirahət etdikdən sonra bir araya gəlib, yoxlama görüşü keçirəcəyik”. (pfl.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right