"Erkən qol ucbatından uduzduq" – İbrahim Uzunca

"Bu gün yenə buraxılan erkən qol ucbatından məğlub olduq. İkinci hissədə isə komandam yaxşı futbol sərgiləməyə başlasa da, yetərli olmadı". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Premyer Liqanın 26-cı turunda "Simurq"a məğlub olduqları oyundan (0:3) sonra keçirilən mətbuat konfransında deyib. 

Türkiyəli mütəxəssis oyunun hakimliyi haqda danışmaq istəmədiyini bildirib: "Hakimlər barədə heç nə danışmaq istəmirəm. Əslində, bundan öncə də hakimlər barədə pis danışmırdım. Sadəcə, dediklərimin xeyri yoxdur. Mən hakimləri öz bildikləri ilə baş-başa buraxıram. Sadəcə, istədiyim bir məsələ var ki, düzgün qərar versinlər. 

Mən isə öz növbəmdə futbolçularıma təşəkkür edirəm. Bu gün 0:3 hesabı ilə məğlub olmaya da bilərdik. Amma gənc futbolçulardır, belə xətalar mümkündür. Bütün bunlara rəğmən, mən gənclərin Azərbaycan futbolunda iz buraxacağına ümid edirəm”.(pfl.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right