Yığmamızdan böyükhesablı qələbə

21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşıb.

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 5:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. 

BƏƏ komandasının qapısından topları yığmamızın heyətində Sevinc Cəfərzadə, Natalya Rodelqo, Nigar Cəlilli və Aliyə Vəliyeva keçirib. Bir dəfə isə avtoqol qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right