Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, turun bütün görüşləri bu günə nəzərdə tutulub.
“Simurq” səfərdə autsayder “Bakı” ilə qarşılaşıb. Matçın favoriti Zaqatala təmsilçisi olsa da, paytaxt klubu rəqibindən xal almağa çalışacaqdı. Lakin "Bakı" rəqibinə müqavimət göstərə bilməyib. Bu görüşdə 3 qol vuran "Simurq" səfərdən 3 xalla ayrılıb.
Lider “Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gəlib. Ağdam təmsilçisi oyunun aşkar favoriti sayılırdı. Qurban Qurbanovun komandası hesabda geri düşsə, sonradan iki qol vurmaqla oyundan qalib ayrılıb - 2:1.
Son vaxtlar uğursuz nəticələri ilə yadda qalan “Xəzər Lənkəran” səfərdə AZAL-ın qonağı olub. Lənkəran təmsilçisi oyunda hesabı açsa da, bu üstünlüyünü qoruya bilməyib - 1:3.
Günün son oyunu da paytaxtda keçirilib. Burada çempionluğa iddiasını davam etdirən “İnter” “Qəbələ”ni qəbul edib. Qarşılaşma "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
18 mart (çərşənbə)
Azərbaycan Premyer Liqası, XXVI tur
18:00. “İnter” – “Qəbələ” - 1:2
Qollar: Aleksey Qay, 39 (0:1), Aleksandr Amisulaşvili, 74 (1:1), Ruslan Abışov, 90+1 (1:2)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev
"İnter Arena"
15:00. "Bakı" – "Simurq" - 0:3
Qollar: Samir Zərgərov, 3 (0:1), Draqan Çeran, 40 (0:2), Samir Zərgərov, 75 (0:3)
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança
16:00. AZAL - “Xəzər Lənkəran” - 3:1
Qollar: İlqar Ələkbərov, 14 (0:1), Valeri Kutsenko, 20 (1:1), Freddi Mombonqo, 42, 61 (3:1)
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev
“AZAL Arena”
16:00. “Sumqayıt” – “Qarabağ” - 1:2
Qollar: Murad Ağayev, 51 (1:0), Reynaldo, 54, 70 (1:2)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov
“Kapital Bank Arena”