Mirbağır İsayev: “Komandamdan yalnız hesaba görə narazıyam”

“Təbii ki, hesab bizi qane etmədi. Bu, yoldaşlıq oyunu deyil ki, nəyəsə ümid edək. Biz mütləq 3 xal lazım idi. Lakin əfsuslar olsun ki, böyühesakla uduzduq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri U-17-nin baş məşqçisi Mirbağır İsayev deyib.

Elit-raundun ilk oyununda Xorvatiyaya 0:4 hesabı ilə uduzan yığmamızln çalışdırıcısı ilk yarıda yaxşı oynadıqlarını bildirib: “İki fərqli hissə izlədik. Birinci hissədə komanda meydanın hər qarışı uğrunda mübarizə apardı. İkinci yarıda ikinci və üçüncü qollarda ani diqqətsizlik oldu. Bu, oyunun qırılma nöqtəsi oldu. Xorvatiya millisi əvvəlki 15 oyundan 14-də qalib gəlib, 1-də də heç-heçə etmişdi. Futbolçularım meydanda bütün güclərini qoydular. Komandamdan yalnız hesaba görə narazıyam”.(Futbolxeber.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right