"Sumqayıt"dan nümunəvi addım

"Sumqayıt"ın nümayəndələri Novruz bayramı ilə əlaqədar "ilaxır çərşənbə" günü Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbini ziyarət edib.

Newsport.az-ın məlumatına görə, tədbirdə "Sumqayıt"ın prezidenti Kamran Quliyev, vitse-prezident Vaqif Ömərov, texniki direktor Frank Bernhardt, baş menecer Ceyhun Sultanov, A komandanın baş məşqçisi Aqil Məmmədov klubun futbolçuları - Vurğun Hüseynov və Bəxtiyar Həsənalızadə iştirak edib.

Novruz bayramı ilə əlaqədar görüş zamanı uşaqlara klubun idman geyimləri və müxtəlif hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right