“Ən çətin qruplardan birinə düşmüşük. Qrupda yer alan bütün komandalar yaxşıdır”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Serbiyanın U-17 komandasının baş məşqçisi Deyan Qovedaritsa deyib.
Bakıda 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun ilk turunda bu gün Portuqaliya ilə 0:0 bərabərə qalan Serbiya millisinin çalışdırıcısı oyunu belə şərh edib: "Bu gün oyun çətin alındı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Hər iki tərəfin də şansları oldu. Lakin 1 xal qazandıq. İndi artıq növbəti oyunlar barədə düşünməliyik".
Serb mütəxəssis milli komandamız haqda da fikirlərini bölüşüb: “Azərbaycan millisi yaxşı komandadır. Heyətlərində sürətli oyunçuları var. Bir neçə oyunlarına baxmışam. Bilirəm ki, rəqibin bir futbolçusu Moskva CSKA-sında oynayır. Azərbaycanın nəyə qadir olduğunu bu gün Xorvatiya ilə oyunda dəqiq görəcəyik”.(Futbolxeber.az)