Azərbaycan Premyer Liqasının XI turunun açılış oyununda "Qəbələ" "Səbail"i qəbul edir.
Newsport.az-ın məlumatına görə, ev sahibi komanda Bayraq günü münasibətilə addım atıb. Komandanın üzvləri meydana əllərində xüsusi plakatla çıxıb.
Azərbaycan bayrağının rənglərində olan həmin plakatın üzərində bu sözlər qeyd olunub: "Bayrağımız - qürurumuz, mənliyimiz, şərəfimiz!"
