AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq Uels yığmasının heyəti müəyyənləşib. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Rayan Giqqz 27 oyunçuya dəvət göndərib.
Çalışdırıcı ötən aydakı matçları buraxan Aaron Remsini, eləcə də zədədən əziyyət çəkən Qaret Beyli seçmə mərhələnin son oyunlarına çağırıb.
Qapıçılar: Ueyn Hennessi, Denni Uord, Adam Deyvis
Müdafiəçilər: Ben Deyvis, Neil Teylor, Ceyms Laurense, Eşli Uilyams, Reqan Pul, Kris Mepham, Tom Lokyer, Konnor Roberts, Kris Qunter
Yarımmüdafiəçilər: Co Allen, Uill Vaulks, Co Morrell, Ethan Ampadu, Mettyu Smit, Daylan Levitt, Aaron Remsi
Hücumçular: Harri Uilson, Daniel Ceyms, Tom Laurense, Rabbi Matondo, Qaret Beyl, Tayler Roberts, Kiffer Mur, Sem Uoks
Qeyd edək ki, noybarın 16-da Bakıda Azərbaycan millisinin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Macarıstanı qəbul edəcək.