"Qarabağ" Nikosiyada dəstəksiz qalacaq

Avropa Liqasının qrup mərhələsinin IV turunda APOEL-in qonağı olacaq "Qarabağ" səfər oyununda dəstəksiz qalacaq. Newsport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi Nikosiyaya azarkeş aparmayıb.

Bildirilir ki, Azərbaycan çempionu tərəfdarlarına bilet almamaq qərarına gəlib. Mümkün gərginliyi nəzərə alan rəhbərlik risk etmək istəməyib.

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right