"Simurq"un tarixində ilk

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qəbələ" ilə qolsuz heç-heçə edən "Simurq" tarixi nəticəyə imza atıb. 

Newsport.az-ın məlumatına görə, iki oyununun nəticəsinə əsasən, mərhələ adlayan Zaqatala təmsilçisi tarixində ilk dəfə yarımfinala çıxıb.

"Simurq"un bu mərhələdəki rəqibi isə son ölkə çempionu "Qarabağ" olacaq. Yarımfinal qarşılaşmaları aprelin 13-də və 21-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right