"Xəzər Lənkəran"a istirahət verilmədi

“İnter”lə keçirdiyi hər iki oyunda məğlub olaraq kubokla vidalaşan “Xəzər Lənkəran” istirahətsiz məşq edəcək. 

Newsport.az-ın məlumatına görə, komanda martın bu gün saat 11:00-da stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirəcək.

Kubok oyununda meydana çıxan futbolçular qismən yüngül, qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirənlər isə hazırlıq prossesində tam olaraq saatyarım ərzində iştirak edəcəklər. Bundan sonra futbolçuların sərəncamında dincəlmək üçün martın 15-də baş tutacaq səhər hazırlığına qədər vaxt olacaq.

Beləliklə, Cənub klubu qarşıdakı günlərdə doğma şəhərdə məşq edərək, martın 16-da günün ikinci yarısında Bakıya yollanacaq.

“Xəzər Lənkəran” Premyer Liqanın XXVI turu çərçivəsində martın 18-də AZAL-ın qonağı olacaq. (12cioyuncu.info)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right