“Sumqayıt” Premyer Liqada 250-ci qolunu vurdu

“Sumqayıt” Premyer Liqada 250-ci qolunu vurub. Newsport.az saytı xəbər verir ki, bu, mövsümün IX turunun “Neftçi” ilə ev oyununa təsadüf edib.

“Kapital Bank Arena”da 2:4 hesabı ilə uduzan meydan sahiblərinin qarşılaşmadakı son qolu yubiley xarakteri daşıyıb. 90+2-ci dəqiqədəki topa Rəhim Sadıxov imza atıb.

Bu, 2011/12 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın 261-ci oyununda 250-ci qolu olub. “Gənclik şəhəri” təmsilçisinin orta məhsuldarlığı 0,96-ya bərabərdi. 250 qoldan 133-ü evdə, 117-si səfərdə vurulub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right