“APOEL-dən üstün idik, bəxtimiz gətirmədi” Dani Kintana

Avropa Liqasının qrup mərhələsində evdə APOEL-lə 2:2 hesablı heç-heçə edən “Qarabağ”ın futbolçusu Dani Kintana Newsport.az-ın suallarını cavablandırıb.

 

 

Oyunda hesabı açan ispaniyalı yarımmüdafiəçi oyunu şərh edib:

 
- Bəxtimiz gətirmədi. Epiozlara baxsaq, rəqibdən üstün olduğumuzu düşünürəm. Öz səhvlərimiz də oldu. Ümumi götürsək, bəxt çatışmazlığı oldu.
 
- Qurban Qurbanov fasilədə “Qarabağ”ı necə motivasiya etdi ki, ikinci hissədə tam fərqli oynadınız?
- Qol buraxandan sonra istər-istəməz əhvalına təsir edir. İlk hissəni pis keçirmədik. Baş məşqçi eyni tərzdə oynamağa davam etməli olduğumuzu dedi. Qeyri-adi nəsə demədi.
 
- Nəticə sizi qane edir?
- Təbii ki, yox, razı qala bilmərik. Hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq, bəlkə də, nəsə deyə bilərik. Amma cavab matçı da var.  Kiprə qalib ruhu ilə yollanmalıyıq ki, müsbət nəticə ilə dönək.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right