Qəbələ Gənclər Liqasında mübarizəni dayandırdı Yenilənib

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün növbəti avrokubok matçını keçirəcək. 

Newsport.az xəbər verir ki, son Azərbaycan çempionu UEFA Gənclər Liqasında ikinci oyununa çıxacaq. 

Çempionlar yolunda mübarizə aparan Famil Xəlilovun yetirmələri 1-ci mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşacaq. Nikosiyada keçirilən ilk görüşdə 1:1 hesablı heç-heçə edən “Qəbələ” mərhələ adlamağa çalışacaq. 

Ötən mövsüm bu yarışda mərhələ adlayan ilk və hələlik yeganə Azərbaycan klubu kimi tarixə düşən “qırmızı-qaralar” uğurunu təkrarlamaq üçün mübarizə aparacaq. Qəbələ şəhər stadionundakı qarşılaşmada komandamızı təkcə qələbə deyil, hətta qolsuz heç-heçə də qane edəcək. 

UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu

24 oktyabr

14:00. “Qəbələ” – APOEL (Kipr) 0:1 (İkinci hissə)
Hakimlər: Denis Şurman, Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:1.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right