Azərbaycanlı hakim klublararası dünya çempionatına təyinat aldı

Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov daha bir təyinat alıb. Newsport.az saytı xəbər verir ki, o, klublararası dünya çempionatının oyunları zamanı iş başında olacaq.

Yarış 21-27 oktyabr tarixlərində Türkiyənin Alanya şəhərində keçiriləcək.

Qeyd edək ki, İnqilab Məmmədov eyni zamanda böyük futbol hakimidi və Azərbaycan Premyer Liqasının matçlarını idarə edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right