Elxan Məmmədov milli komanda ilə görüşdü

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.
Newsport.az-ın məlumatına görə, Məmmədov Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.
 
Yığmamız Avropa çempionatının elit-raund mərhələsində martın 17-də Xorvatiya, 19-da Portuqaliya 2 gün sonra isə Serbiya komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı 2-ci qrupun oyunları Bakıda təşkil olunacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right