17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Farer adalarının Torshavn şəhərində təşkil olunan qrupun ilk matçında milli Sloveniya ilə üz-üzə gəlib.
Yığma bu görüşdə böyük hesabla məğlub olub - 0:6. Millinin heyətində Milana Rəhimova 44-cü, Aysun Muradova isə 45+4-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
Yığma növbəti oyununu Norveçə qarşı keçirəcək.
AÇ-nin seçmə mərhələsi, 5-ci qrup
17 oktyabr
Azərbaycan – Sloveniya 0:6