"Qarabağ" həyatımda yeni səhifə açdı"

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Hersoqovina yığmasına çağırılıb.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı qolkiper klubun saytına milliyə dəvət alması haqda danışıb.

"Təbii ki, milliyə dəvət almaq xoş bir duyğudur. Hər bir futbolçu ölkəsinin yığma komandasında çıxış etmək istəyər. Yenidən milli komandadakı dostlarımla eyni abu-havanı paylaşacağım üçün çox xoşbəxtəm. Təbii ki, milliyə çağırılmağımda "Qarabağ"ın uğurlu çıxışının az rolu olmayıb. Komandamızda millilərə dəvət alan futbolçuların çoxalması bunun göstəricisidir. "Qarabağ" həyatımda yeni səhifə açdı. Ötən il çempion olduq, Avropa Liqası ilə şanssız şəkildə vidalaşdıq. "Qarabağ"la hələ 3 illik müqaviləm var. İnanıram ki, "Qarabağ"da nə qədər çox uğur qazansam, milliyə də yolum açıq olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right