AFFA hakimi söyən futbolçuları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Newsport.az saytının məlumatına görə, komitə aşağı yaş qrupu üzrə liqalarda qeydə alınan neqativ hallara hüquqi qiymət verib.

Gənclər Liqasının “Neftçi” – “Tufan” görüşündə ikincilərin futbolçularından Ayaz Məmmədli rəqibə, Eldar Hüseynli isə hakimə qarşı təhqiredici ifadələr işlədib. Bu üzdən onlara müvafiq olaraq 3 və 4 oyunluq cəza kəsilib.

U-14 Liqasının ROFM – “Məqsəd Kursları” matçında birincilərin üzvü Süleyman Məmmədzadə, U-17 Liqasının “Neftçi” İK İB – “Sumqayıt” görüşündə  “Neftçi” İK İB-nin oyunçusu Ayxan Rəcizadə, futzal üzrə Birinci Liqanın “Standard” – ADBTİA qarşılaşmasında “Standard”ın futzalçısı Anar Həsənov, futzal üzrə İkinci Liqanın “Altay” – “Zirvə Bakı-2” oyununda isə ikincilərdən Vüsal Nəsirov hakimi söyüb. Bu səbəbdən birinciyə 2, ikinciyə 3, futzalçılara isə 4 oyunluq cəza verilib.

Bundan başqa, U-13 Qızlar Liqasının “Kür” (Samux) – “Tərəqqi” (Samux) oyununda “Tərəqqi”nin heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right