U-19-un son oyunu Yenilənir

Bu gün 19 yaşadək futbolçulardan  ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirəcək.

Newsport.az saytının məlumatına görə, komandamız San Marino ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 17:00-da başlayacaq görüş formal xarakter daşıyır. Hər iki komandanın aktivində xal olmadığından, qalib gələn tərəf qrupu 3-cü pillədə başa vurmaqla öyünəcək.

Qeyd edək ki, millimiz ilk iki oyunda Norveç (0:1) və Çexiyaya (0:4) məğlub olub.

Avropa çempionatının seçmə mərhələsi

7-ci qrup, III tur

15 oktyabr

17:00. San Marino - Azərbaycan

Baş hakim: Alan Mario Sant (Malta)

Stovki. "Fridek Mistek" stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right