Fransanın Gənclər və İdman Nazirliyi Türkiyə yığmasının cəzalandırılmasını istəyib. Newsport.az xəbər verir ki, nazir Roksana Marasinyanyu belə müraciətlə çıxış edib.
O, səbəb kimi, “ay-ulduzlular”ın Fransa ilə matçda qol vurduqdan sonra hərbi salam verməsini göstərib.
Marasinyanyu bunun yanlış olduğu barədə açıqlama verib: “Fransa Futbol Federasiyasına və polisə oyun zamanı təhlükəsizliyi təmin etmək üçün gördükləri işlərə görə təşəkkür edirəm. Türkiyəli futbolçular vəziyyəti korlayaraq, idman ruhuna zidd olan hərbi salam göstərdilər. UEFA-dan sanksiyaların tətbiq olunmasını xahiş edirəm”.
Qeyd edək ki, Fransa - Türkiyə matçı 1:1 hesabı ilə başa çatıb.