Türkiyədə tanınan iş adamlarından olan "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov haqda sosial şəbəkələrdə maraqlı bir məlumat yayılıb.
Newsport.az-ın məlumatına görə, daim ilgic fikirləri və hərəkətləri ilə diqqət mərkəzinə düşən Mübariz bəyin bu dəfəki sözləri də böyük marağa səbəb olub: "Qarşıma çıxan heç bir köməksizi, imkansızı geri çevirməmişəm. Yaşadığım müddətcə də qapıma agələn əlidolu qayıdacaq. Əslində, biz də kasıbıq. Düşünün, yer Allahın, göy Allahın. Hər şey onundur"