Rəşad Sadıqov: "Bu qədər də haqsızlıq olmaz!"

"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyununda (0:1) üzləşdiyi haqsızlığa münasibət bildirib.

 

Newsport.az-ın məlumatına görə, yığmanın keçmiş kapitanı özünün rəsmi "Instagram" səhifəsində Bəhlul Mustafazadənin sayılmayan qol epizodunu paylaşaraq, qeyd edib: "Daha bu qədər də haqsızlıq olmaz!"

 

Matçın 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadə topu rəqib qapısından keçirsə də, oyunun niderlandlı hakim Dennis Hiqler onun əllə oynadığını əsas gətirərək, qolu qeydı almayıb. Epizodun təkrarında referinin səhvə yol verdiyi görünüb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right