"Ayntraxt" millimizin daha bir futbolçusunu transfer etmək istəyir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və "Bakı"nın yarımmüdafiəçisi Mahir Mədətov Almaniya klubuna keçə bilər.

Newsport.az-ın məlumatına görə, onunla bu ölkənin iki klubu maraqlanır.

Belə ki, eyni şəhəri təmsil edən "Frankfurt"la "Ayntraxt" Mədətovun xidmətində maraqlıdır. Klub rəsmiləri onu U-19 komandamızın heyətində Almaniyadakı toplanışı zamanı bir daha izləyəcəklər. Əgər Mahir özünü yaxı tərəfdən göstərə bilsə, o zaman klubların "Bakı"ya rəsmi təklif yollayacağı gözlənilir. Mahir özü isə açıqlamasında bildirib ki, "Ayntraxt"da oynamaq istəyir. Əgər bu keçid baş tutarsa, o zaman Mahir Alman klubunda forma geyinəcək ikinci azərbaycanlı olacaq. Çünki "Ayntraxt" daha əvvəl "Neftçi"dən qaöıçı Emil Balayevi də transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right