Azərbaycan milli komandası AÇ-2020-nin 8-ci turunda Macarıstanın qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, Budapeştdə yerləşən "Qrupama Arena"da keçiriləcək oyunda Azərbaycan millisinin futbolçuları qırmızı rəngli forma ilə meydana çıxacaq.
Yığmanın kapitanı isə "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev olacaq.
Macarıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.
