Polşanın "Visla Plotsk" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Bakıya gəlib.
Newsport.az-ın məlumatına görə, polşalı müdafiəçi komandasının düşərgəsinə baş çəkib, futbolçularla görüşüb.
32 yaşlı futbolçu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sabah" oyununu izləyəcək.
Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib.

