Millimizin üzvü Ukrayna klubunda

U-21 millimizin üzvü Arziman Rizvanov karyerasını Ukraynada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi "Olimpik"lə müqavilə imzalayıb. Daha sonra klub futbolçumuzu birinci liqa təmsilçisi "Avanqard"a icarəyə verib.

Qeyd edək ki, A.Rizvanov bundan əvvəl Çexiyanın yüksək liqa klubu "Boqemians"da oynayıb. O, ikinci komandanın əsas oyunçusu olub.

Əlavə edək ki, "Avanqard" birinci liqada hazırda 7-ci pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right