Bu həftə istirahət edəcək "Neftçi" Premyer Liqanın XXVII turunda "Bakı" ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" bu oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, flaqman Erik Ramos və Karlos Kardoso paytaxt derbisində komandalarına kömək edə bilməyəcəklər. Buna səbəb hər iki futbolçunun "İnter"lə oyunda sarı vərəqə görməsidi. "Sarı" limitini dolduran legionerlər cəzalı duruma düşüblər.