Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
Newsport.az saytının məlumatına görə, ilk gündə bir oyun baş tutacaq.
Son çempion "Qarabağ" ilk turlardan qeyri-stabil qrafik cızan "Sumqayıt"ı sınağa çəkəcək. Ardıcıl 5 qələbə ilə turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi favoriti olduğu görüşdə uğurlu seriyasını davam etdirməyə çalışacaq.
Ötən turda "Sabah"ı məğlub edən "gənclik şəhəri" təmsilçisi isə sensasiya axtarışında olacaq.
Azərbaycan Premyer Liqası
VI tur
27 sentyabr (cümə)
19:00. “Qarabağ” – “Sumqayıt” 2-0
Qollar: Dani Kintana, 45+2, Mahir Emreli, 90
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu