"Qəbələ" Futbol Akademiyasının U-17 komandasının üzvü Sahil Zeynalov İstanbulda "Acıbadem" Klinikasında sol ayağının çarpaz bağlarından əməliyyat olunub.
Newsport.az-ın məlumatına görə, professor Ömər Faruk Taşer tərəfindən edilən əməliyyat uğurlu keçib. Futbolçunun 5-6 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.