“Neftçi” uduzdu, “Qarabağ” qalib gəldi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 5-ci tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

“Səbail-2” – “Zaqatala” oyununda hesab açılmayıb. Səfərdə “Qaradağ Lökbatan”la qarşılaşan “Qarabağ”ın əvəzedici komandası minimal hesabla üstün olub. “Neftçi”nin əvəzediciləri isə “Sabah-2” ilə ev oyunundan məğlub ayrılıb.

Birinci divizion
5-ci tur

26 sentyabr

Səbail-2 - Zaqatala 0:0
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Kərim Zeynalov, Etibar Həsənov.
“ASCO Arena”. 15:00.

Qaradağ Lökbatan - Qarabağ-2 0:1
Qol: İzzət Müştaqov, 4+1.
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Elmin Süleymanov, Cahangir Yusifzadə.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. 15:30.

Neftçi-2 - Sabah-2 1:2
Qol: Hüseyn Hüseynzadə, 20 – Vadim Abdullayev, 39. Murad Bağırov, 76.
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança). 15:30.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right