AFFA İntizam Komitəsinin bugünkü iclasında əvəzedici heyətlər arasında çempionatın son turunun oyunları da müzakirə olunub.
Newsport.az-ın məlumatına görə, İK XXV turda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Qəbələ" – "Sumqayıt" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
"Neftçi" – "İnter" matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan "ağ-qaralar" da 500 manat cərimə olunub.