"Qarabağ"ın rəqibi transferə hazırlaşır

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" indidən transfer çalışmalarına başlayıb. Newsport.az  saytının İspaniya mətbuatına istinadən məlumatına görə, La Liqa təmsilçisi yanvarda alacağı ilk oyunçunun adını müəyyənləşdirib.

Əndəlüs klubu "Marsel"in yarımmüdafiəçisi Maksim Lopesi heyətinə qatmaqda maraqlıdı. İspanlar 22 yaşlı orta sahə oyunçusunu hələ bu yay almaq istəyirdilər. Lakin danışıqlar son anda baş tutmamışdı. Buna baxmayaraq, gənc futbolçudan əl çəkməyən idman direktoru Monçi yanvarda keçidin reallaşması üçün qarşı tərəflə danışıqlara başlayıb.

Qeyd edək ki, Maksim Lopesin "Marsel"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right