İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Newsport.az-ın məlumatına görə, Premyer Liqanın XXV turunun "Qəbələ" – "Sumqayıt" matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Neftçi" – "İnter" matçında 4 futbolçusu "sarı" alan "Neftçi" də eyni cəriməni ödəyəcək.
"Qarabağ" – "Xəzər Lənkəran" matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.