Rəşad Abdullayevə 3 oyunluq diskvalifikasiya

AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Newsport.az-ın məlumatına görə, İK Premyer Liqanın XXV turunun "Bakı" ilə matçında rəqibi təhqir edən AZAL-ın kapitanı Rəşad Abdullayevə sərt cəza verib.

Birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçu 3 oyun cəzalanıb. Klubu isə Rəşada görə 2000 manat cərimə ödəməlidi.

Bundan başqa, oyunun 69-cu dəqiqəsində "Bakı"nın futbolçusu Jaba idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right