"Qarabağ"ın rəqibindən böyük hesablı qələbə

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Düdelanj” klubu Lüksemburq kubokunda mübarizəyə başlayıb.

 

Newsport.az xəbər verir ki, komanda 1/16 final mərhələsində aşağı liqa təmsilçisi “Eşternax”a 6:1 hesabı ilə qalib gəlib və növbəti raunda yüksəlib.

 

“Düdelanj” oktyabrın 3-ü “Qarabağ”ı qəbul edəcək.

 

Lüksemburq klubu ilk matçında səfərdə APOEL-i 4:3 hesabı ilə məğlub edib. “Qarabağ” isə “Sevilya”ya uduzub – 0:3.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right