Bu gün Azərbaycan Premyer Liqasında V tura start verilib. İlk oyun günündə iki görüş keçirilib.
Newsport.az-ın məlumatına görə, açılış matçı Sumqayıtda olub. Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Günün ikinci matçında "Qəbələ" "Səbail"in qonağı olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Azərbaycan Premyer Liqası
V tur
21 sentyabr (şənbə)
19:45.“Səbail” – “Qəbələ” - 1:1
Qollar: Rövlan Muradov, 17 (0:1), Mirabdulla Abbasov, 68 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
“ASCO Arena”
17:30.“Sumqayıt” – “Sabah” - 1:0
Qol: Sərtan Taşqın, 34
Qırmızı vərəqə: Mehdi Şərifi, 77-ikinci sarı vərəqə ("Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
“Kapital Bank Arena”